e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar keçiriləcək

2018-06-05 | Vergilər | 2174

Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar həyata keçiriləcək. Amma biznes strukturunun bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsindən asılıdır.

"Report" xəbər verir ki, bunu Aİ-Azərbaycan biznes forumunda çıxış edən Azərbaycan vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, fəal vergi ödəyicilərinin cəmi 3%-i ƏDV ödəyicisidir: "Məndə olan məlumata görə, burada olan biznes nümayəndələrinin 60-70%-i ƏDV ödəyicisi kimi qeydiyyatdadır. Biz nazirlik olaraq 3 böyük problemlə qarşılaşırıq: dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaltmalar".

O çıxışında bu ilin ilk 4 ayında səyyar vergi yoxlamalarının ötən ilin müvafiq dövrünə nisbətən 40% azaldığını bildirib.

Nazir qeyd edib ki, Vergilər Nazirliyi özəl sektorda və qeyri-neft sektorunda ümumi vergi yükünün azaldılması üçün müəyyən addımlar atmağı planlaşdırır.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-vergi-inzibatciligi-ve-qanunvericilikde-islahatlar-kecirilecek/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.