Mühasibat uçotu haqqında AR Qanununa edilən dəyişikliklər - Mehdi Babayev şərh edir.2018-06-05 | Vergilər | 2709Azərbaycanda "Mühasibat haqqında" qanuna edilən dəyişikliklər bu sahəyə ciddi yeniliklər gətirəcək. Bu barədə FED.az-a Milli Mühasiblər Forumunun təşkilat komitəsinin sədr müavini Mehdi Babayev bildirib. Onun sözlərinə görə, bu dəfə qanuna çoxsaylı dəyişiklik edilib. Dəyişikliklər ümumilikdə 24 mövzuya aiddir, amma onların sayı bundan xeyli artıqdır. "Ümumilikdə, qanuna edilən dəyişiklikləri 3 istiqamətə ayırmaq olar. Bunlardan birincisi mühasibət uçotu sahəsində tətbiq edilən normativlərə dəyişikliklərdir. Belə ki, bu dəfəki qanun nəticəsində Azərbaycanda beynəlxalq mühasibət uçotu standartlarına keçid başlayıb. Yəni dəyişikliklərə əsasən, artıq Azərbaycanda təsərrüfatı subyektləri tərəfindən mühasibət uçotunun apaılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi bütövlükdə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun həyata keçiriləcək. Doğrudur, bu sahədə beynəlxalq standartların prinsiplərinin əsas tutulması əvvəlki qanunveicilikdə də vardı. İndi isə bu dəfəki dəyişikliklər nəticəsində qanunvericilikdən milli mühasibət uçotu anlayışı çıxarılıb. Yəni indii kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq sırf bütün maliyyə hesabatları beynəlxalq standartlarla tərtib ediləcək. M.Babayev bildirir ki, qanunda təsərrüfat subyektləri 4 yerə bölünüb: "Bunlar mikro, kiçik, orta və böyük sahibkarlıq subyektləridir. Yeni qanuna görə onların hər biri üçün ayrıca normativ akt hazırlanacaq və biz orada görəcəyik ki, bunlar hansı meyarlarla bölünəcək. Məsələ bundadır ki, hər bir təsərrüfat subyektləri üçün ayrı-ayrı tətbiq olunmalı standartlar barədə geniş məlumat var". Qanuna edilən daha bir mühüm dəyişiklik - peşəkar mühasib anlayışının gətirilməsidir. M.Babaüev bildirir ki, hazırda mühasiblər arasında bir çaşqınlıq var, çoxları bilmirlər ki, özləri hansı səviyyədədir: "Yəni elə hesab edirlər ki, birdən bu qanun qüvvəyə minəndən sonra kimlərinsə işləmək səlahiyyətləri əlindən alına bilər. Amma bu anlayışın özünün də bir təsir dairəsi var. Yəni qanunda peşəkar mhasib anlayışı şərh edilib. Bundan başqa, qaydaya əsasən, peşəkar mühasib adını almaq üçün hökmən iki səbəb olmalıdır. Birincisi həmin şəxs peşəkar mühasib təşkilatının üzvü olmalıdır. İkincisi, bu şəxs peşəkar mühasib sertifikatı almalıdır. Yalnız hər ikisi olduğu halda həmin şəxs peşəkar mühasib sayılır". Qanunda peşəkar mühasib adını almış şəxsın hansı təsərrüfat subyektlərində işləməli olması, yəni hansı təsərrıfat subyetlərinin mühasibətlığını yalnız peşəkar mühasib aparmalıdır, da əksini tapıb. Bu məsələ qanuna əlavə edilən 3.4 maddədə göstərilib. "Qeyd edim ki, peşəkar mühasiblərin tələb olunduğu müəssisələr, sayı 500 minə çatan ümumi təsərrüfat subyektlərinin təqribən 10%-ni keçməyəcək. Ona görə də demək istyirəm ki, mühasiblər narahat olmasınlar". Bundan başqa, yeniliyə görə, kiçik və orta təsərrüfat sbyektlərində mühasibət uçotunu rəhbər şəxslər özləri də həyata keçirə bilərlər: "Dəyişikliklərdə kiçik və orta sahibkarlıq subyetlərinin rəhbərlərinə hüquq və səlahiyyət verilir ki, əgər özləri bacarırsa, mühasib cəlb etmədən sərbəst şəkildə mühasibat uçotunu qursunlar. Amma digərləri mütləq qaydada mühasib cəlb etməlidirlər. Qanuna dəyişikliklərlə bağlı daha bir məqam odur ki, baxmayaraq ki, qanuna dəyişikliklər ümumilikdə iyun ayının 1-dən qüvvəyə minir, bəzi dəyişikliklər hələ qüvvəyə minməyib. Bəzi sənədlər, o cümlədən beynəlalq mühasibət uçotu standartları Azərbaycan dilinə tərcümə olunmalıdır, və yalnız tərcümə edilib, qaydalaşdırılıb dərc edildikdən sonra qüvvəyə minəcək: "Nə qədər də ki, bunlar edilməyib, biz hələ ki, köhnə qanunvericiliyin qaydaları ilə gedirik". Qanuna dəyişikliklərdə mühasiblərin peşəkar vəzifələrinə və məsuliyyətlərinə aid bir neçə hissə də nəzərdə tutulub. M.Babayev bildirir ki, ilkin baxışdan hiss olunur ki, bu dəyişikliklər nəticəsində mühasiblərin məsuliyyəti kifayət qədər azaldılıb: "Yəni əvvəllər mühasibətər yalnız uçotun qurulmasına, hesabatların hazırlanmasına görə məsuliyyət daşıyırdılar. Amma həmişə belə olub ki, bir qayda olaraq təsərrüfat subyektlərinin rəhbərləri ilə yanaşı mühasiblər də məsuliyyət daşıyıb. Yəni müəssisədə hansısa qanunsuz əməliyyat aparılırdısa, mühasibin bundan xəbəri olmasa da, müəssisənin rəhbəri ilə yanaşı mühasibi də məsuliyyət daşıyırdı. Halbuki mühasib həmin əməliyatların iştirakçısı deyildi, o yalnız sənədi qəbul edib uçota alan şəxsdir. Ona görə də düşünürəm ki, burada bəzi maddələr var ki, onlara əsasən, mühasiblər qeyri-deqal əməliyyatların birbaşa iştirakçısı olmayacaqlarsa, məsuliyyət daşımayacaqlar. Çünki mühasib kabinetində oturub və buradan kənar əmliyyatlara nəzarət etmək imkanı yoxdur. Bu mənada mühasiblərin də hüquqlarınn qorunmasına dəlalət edən bir neçə müddəalar da nəzərdə tutulub". Yeri gəlmişkən, Milli Mühasiblər Forumun iyunun sonunda mühasiblər üçün seminar keçirərək bu dəyişikliklərin tam izahını verəcək. Bütün mühasiblər dəvətlidir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.