Azərbaycanda siqarlara tətbiq edilən vergilər artırılır2018-06-06 | Vergilər | 2014Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir. Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə tutulan 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub. Layihə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında müzakirə olunacaq. Mənbə: http://marja.az/news/25835 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.