e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək

2018-06-12 | Mühasibat uçotu | 2909

Azərbaycand fəaliyyət göstərən 20 dövlət müəssisəsindən 18-də beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı işlər aparılıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət maəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşkili" mövzusunda konfransda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Bunda başqa, onun sözlərinə görə, dövlət müəssisəslərinə kreditor borclarının üzləşdirilməsini aparmaq tapşırılıb: "Bilirsiniz ki, dövlət müəssisələrinin gəlir və xərclərinin idarə edilməsi ilə bağlı xüsusi komissiya yaradılıb. Baş nazirin I müavininin iştirakı ilə komissiyanın iclası keçirilir, həmçinin Vergilər Nazirliyi bir sıra dövlət müəssisələri ilə birgə nəzarət tədbirləri həyata keçirir".

Mənbə: https://report.az/biznes/azerbaycanda-dovlet-muessiseleri-beynelxalq-muhasibat-ucotu-standartlari-ile-isleyecek/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.