Kiçik və orta sahibkarlıqla bağlı işçi qrup yaradılıb2018-06-14 | İqtisadiyyat | 2108İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədovun "Caspian European Club"un idarə heyəti ilə görüşündə birgə əməkdaşlıq imkanları, kiçik və orta biznesin inkişafı üzrə gələcək planlar müzakirə olunub. Görüş çərçivəsində kiçik və orta biznesi təmsil edən şirkətlərin problem, sual və təkliflərinin daha operativ müzakirəsi üçün birgə işçi qrupun yaradılması qərara alınıb. Agentlik tərəfindən təşkili planlaşdırılan xüsusi treninqlər zamanı kiçik və orta biznes nümayəndələri qanunvericilikdəki dəyişikliklər, dövlətin dəstək tədbirləri barədə məlumatlandırılacaq, biznes təmsilçilərinin fəaliyyətinin səmərəliyinin yüksəldilməsi üçün onlara zəruri bilik və bacarıqlar aşılanacaq. Görüşdə birgə tərəfdaşlığın Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına imkan yaradacağı qeyd edilib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.