e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda ƏDV-dən azadolmalar siyahısına dəyişiklik edilib

2014-01-02 | Vergilər | 2620

Dövlət əhəmiyyətli nəşrlərin buraxılması ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin ƏDV-dən (əlavə dəyər vergisi) azad edilməsini nəzərdə tutan bənd Azərbaycanın Vergi Məcəlləsindən çıxarılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində müvafiq dəyişikliyi təsdiq edib.

Məcəllənin 164.1.8-ci maddəsində edilən dəyişikliyə əsasən, umumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti bundan sonra ƏDV ödənişindən azad edilir. Hazırda vergi tutmadan azadolma orta məktəblər üçün dərsliklərə şamil edilir.

Hazırda Azərbaycanda ƏDV-nin dərəcəsi 18 faiz təşkil edir.

Mənbə: www.trend.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.