Əcnəbilərin Azərbaycanda maliyyə əməliyyatları barədə məlumatlar ölkələrinə yeni qaydalarla təqdim ediləcək2018-06-27 | Hüquq | 2406Nazirlər Kabineti "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası" yeni redaksiyada təsdiq edilib. "Report" xəbər verir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)", - deyə sənəddə bildirilir. Mənbə: https://report.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.