e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

2018-06-29 | Vergilər | 2091

İyunun 28-də Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Vergi sahəsində qarşılıqlı etimad" mövzusunda dəyirmi masa keçirilib.

Görüşdə vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, AmCham-ın rəhbərliyi və təşkilata üzv şirkətlər iştirak edib. Görüşdə vergi qanunvericiliyi, biznes mühitinin yaxşılaşdırılması və şəffaflıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş adamlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri biznesə yeni yanaşmalar, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklərin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=1663&lang=


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.