e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Uqandada sosial şəbəkələrdən istifadə üçün vergi tutulur

2018-06-29 | Vergilər | 2059

Parlamentin sədri bəyan etmişdir ki, bu günlərdə qəbul olunmuş qanuna əsasən, Uqanda vətəndaşları sosial şəbəkələrdən istifadə üçün vergi ödəməli olacaqlar. Qanun mayın 30-da qəbul edilmişdir və gələn maliyyə ilində, daha doğrusu, iyul ayında qüvvəyə minəcək. Bundan sonra "Facebook" və "Twitter" şəbəkələrindən, eləcə də "WhatsApp" messencerindən istifadə edən hər kəs gündə 200 şillinq (0,05 dollar) vergi ödəyəcək. Maliyyə Nazirliyinin məlumatına görə, ödəniş mobil operatorlar tərəfindən tutulacaq. Sosial şəbəkələrdən istifadə üçün "sim" kartları vasitəsilə qeydiyyatdan keçmək lazım gələcək.

"Reuters" agentliyinin xəbərində qeyd edilmişdir ki, bu verginin tətbiqi ilə bağlı qərar Uqandanın Prezidenti Yoveri Museveninin təşəbbüsü ilə olmuşdur, onun qənaətinə əsasən, sosial şəbəkələr vasitəsilə şayiələr yayılır. Maliyyə naziri Devid Bahati isə bildirmişdir ki, ölkədə vergi dərəcələrinin qaldırılması və yeni vergilərin tətbiqi artmaqda olan dövlət borclarının qarşılanması məqsədini daşıyır.

Mənbə: http://vergiler.az/art-view/7228/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.