Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tətbir keçirilib2018-07-09 | Mühasibat uçotu | 2788Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində "Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi" adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi: ölkəmizdə mühasibat uçotunda yeni standartlara keçidlə bağlı həyata keçirilən fəaliyyətlərdən biri olan universitetlərdə bu istiqamət üzrə vahid tədris proqramının hazırlanması yönündə görülən işlərə dəstək məqsədilə ekspertlərdən ibarət işçi qrupu yaratmaq, müzakirələr keçirmək və əldə olunan yekun nəticələri Təhsil Nazirliyinə təqdim etməkdən ibarətdir. Layihə çərçivəsində növbəti görüş 4 iyul 2018-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında olub və ekspertlərin iştirakı ilə mövcud mühasibat uçotu proqramı nəzərdən keçirilib. Görüşdə Akademiyanın tədris və tərbiyə işləri üzrə prorektoru Sirac Məmmədov, "Maliyyə və mühasibat uçotu" kafedrasının müdiri dosent Gülnarə Hacıyeva və kafedranın müəllim heyəti, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, Bakı Mühəndislik Universitetin Mühasibat uçotu və audit kafedrasının müdiri dosent Firudin Sultanov, SİNAM şirkətinin nümayəndələri Elşən Şərifov və İbrahim Süleymanov iştirak edirdilər. İlk öncə tədbiri giriş sözü ilə açan birliyin sədri Solmaz Əliyeva iştirakçılara layihə haqqında ətraflı məlumat verdi. Daha sonra kafedra müdiri Gülnarə Hacıyeva və müəllimlər mühasibat uçotu ixtisası barədə məlumat verdilər. Tədbir iştirakçıların müzakirələri ilə davam etdirildi və müxtəlif təkliflər səsləndirildi. Xatırladaq ki, layihə çərçivəsində artıq bir neçə universitetdə görüşlər həyata keçirilmiş və təkliflər toplanılmışdır. Görüşlər yekunlaşdıqdan sonra səsləndirilən təkliflərin yekun müzakirəsi üçün Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin, ekspertlərin və universitet nümayəndələrinin iştirakı ilə Bakı şəhərində dəyirmi masanın keçirilməsi nəzərdə tutulmuşdur. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.