e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda idxal olunan malların qüsurlu olması ilə əlaqədar gömrük ödənişlərinin qaytarılması haqqında qərar qəbul edilib

2014-01-08 | Vergilər | 2641

Azərbaycana idxal olunan mallarda qüsur aşkarlandıqda malların müqavilə qiymətlərində mallara dair bəyannamənin təsdiq edildiyi gündən bir ildən artıq vaxt keçmədikdə düzəliş edilə bilər. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı çərşənbə günü rəsmi mətbuatda dərc edilib.

Qərarda qeyd olunur ki, mallara dair bəyannamə təsdiq edildikdən və onlar gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verildikdən dərhal sonra bəyannaməçi gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına sövdələşmə qiymətində düzəlişlərin edilməsi barədə kağız üzərində yazılı formada müraciət etdikdə qiymət dəyişdirilə bilər. Şəxs düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və ya məhkəməyə müraciət edə bilər.

Qərarda deyildiyi kimi, gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır.

Mənbə: www.trend.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.