2018-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ
2018-07-26 | Vergilər | 2346
2018-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə
Y A D D A Ş
Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr
2018-ci il üzrə hesablanmış Torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
2018-ci ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
2018-ci ilin iyul ayı üzrə vergi ödəyiciləri tədiyəçisi olduqları
Əlavə dəyər vergisi bəyannaməsini,
Aksiz bəyannaməsini,
Yol vergisi bəyannaməsini,
Mədən vergisi bəyannaməsini,
Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini
cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.
Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi notariuslar tərəfindən cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
Muzdlu işlə əlaqədar 2018-ci ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir
(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən 3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
Xüsusi notariusların 2018-ci ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
Qeyd: 20.10.2018-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən 2018-ci ilin 3-cü rübü üzrə bəyannamələrin təqdim edilməsinin son müddəti 22.10.2018-ci il tarixə keçirilmişdir.