e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gömrük yığımlarının məbləğlərində dəyişikliklər edilib.

2018-08-14 | Vergilər | 2483

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 823) ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2.1.1-2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

2.1.1. gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat;

2.1.2. gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat;

2.1.3. gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat;

2.1.4. gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat;”;

1.2. aşağıdakı məzmunda 2.1.5-2.1.7-ci yarımbəndlər əlavə edilsin:

2.1.5. gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat;

2.1.6. gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat;

2.1.7. gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.”;

1.3. 2.6.1-ci yarımbənddə “20” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin;

1.4. 2.6.2-ci yarımbənddə “15” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin;

1.5. 5.1.2-ci yarımbənddə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov

Gömrük dəyəri (manatla) Gömrük yığımı (manatla)
< 1000 15
1000 – 10 000 60
10 000 – 50 000 120
50 000 – 100 000 200
100 000 – 500 000 300
500 000 – 1 000 000 600
1 000 000 > 1 000
Bundan başqa, gömrük ərazisinə gətirilən (müvəqqəti gətirilməsi də daxil olmaqla) yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 30 manat, digər avtonəqliyyat vasitələri üçün isə 25 manat gömrük yığımının alınması müəyyən edilib.

Mənbə: http://www.cabmin.gov.az/page/doc/2985


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.