Vergi Məcəlləsi yenidən hazırlana bilər - VİDEO2018-09-26 | Vergilər | 2326Azərbaycanda yeni və konseptual vergi məcəlləsinin yaradılması təklif olunur. Fed.az xəbər verir ki, belə bir təklif Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında səsləndirilib. "Azərbaycanda vahid və ən azı 2 il ərzində əsaslı dəyişiklik edilməyəcək Vergi Məcəlləsi qəbul olunsun". Belə bir təkliflə Millət vəkili, parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin bu gün keçirilən iclasında çıxış edib. Onun sözlərinə görə, vergi məcəlləsində tez-tez dəyişiklik edilməsi xarici investorları ölkəmizə investisiya yatırmaqdan çəkindirə bilər. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də bu təklifin əsaslı olduğunu deyib. Ziyad Səmədzadə onu da bildirib ki, 2019-cu il üçün Azərbaycanın dövlət büdcə layihəsi hökumətə təqdim olunub. Komitənin bu gün keçirilən iclasında ümumilikdə 18 məsələyə baxılıb.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.