e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda Vahid Mühasibatlıq Sistemi tətbiq edilməsi planlaşdırılır.

2018-09-27 | Accountsoft | 3459

AR Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında" "Vahid Mühasibatlıq Sistemi"nin tətbiq edilməsi ilə bağlı aşağıdakı tədbir nəzərdə tutulmnuşdur:

Bütün vergi ödəyicilərinin "Vahid Mühasibatlıq Sistemi"nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin ediləcəkdir.

Dövlət proqramına əsasən bu tədbirin əsas icraçısı AR Maliyyə Nazirliyi, digər icraçı isə AR Vergilər Nazirliyi olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.