Sadələşdirilmiş verginin ləğv edilməsi planlaşdırılır.2018-09-27 | Vergilər | 2924AR Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında" "Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılmasıilə bağlı aşağıdakı 1.2.4 nömrəli tədbir nəzərdə tutulmnuşdur: Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır. Belə ki, Dövlət Proqramında bu tədbirin yerinə yetirilməsi səbəbləri aşağıdakı kimi açıqlanır 5.1.2. Prioritet 1.2. Vergi sisteminin effektivliyinin artırılması İtisadi subyektləri nağd ödənişlərə həvəsləndirən səbəblərdən biri iqtisadiyyatda vergidən yayınma motivlərinin hələ də qalmasıdır. Ona görə də ilk növbədə vergidən yayınma hallarının vergiyə cəlb olunma stimulları ilə aradan qaldırılması vacibdir. Vergidən yayınma motivlərinin vergiyə cəlb olunma motivləri ilə əvəzlənməsi iqtisadi dövriyyənin şəffaflaşmasına və leqallaşmasına, bununla da nağdsız hesablaşmaların genişlənməsinə, daha çevik və rahat elektron (rəqəmsal) ödənişlərə meylin güclənməsinə gətirib çıxaracaqdır. Son dövrlərdə rəqəmsal ödənişlərin genişləndirilməsinə hədəflənmiş bir sıra hüquqi aktlar qəbul edilmiş, islahatlar aparılmışdır. Çevik və səmərəli vergi inzibatçılığını həyata keçirmək üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) yaradılmışdır. Hazırda vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi AVİS vasitəsilə həyata keçirilir. Sahibkarlıq subyektlərinin qeydiyyatı sadələşdirilmiş rejimdə, "bir pəncərə" prinsipi ilə aparılır. Bu, biznes mühitini xeyli yaxşılaşdırmış, sahibkarların dövlət qurumlarından asılılığını zəiflətmişdir. Bununla belə, vergi sistemində aparılmış vacib islahatlara baxmayaraq vergidən yayınmaya səbəb olan inzibati və iqtisadi motivlərin bir daha araşdırılması, sahibkarlıq subyektlərinin mövcud vergi yükünün, vergilərin hesablanması qaydalarının beynəlxalq təcrübəyə uyğun təhlil edilərək qiymətləndirilməsi və bu sahədə islahatların davam etdirilməsi vacibdir AR Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"ndə də vergi islahatlarının davam etdirilməsi və səmərəli vergi sisteminin təşviq edilməsi nəzərdə tutulmuşdur. İslahatlar vergilərin sadələşdirilməsi, iqtisadiyyatda vergi yükünün optimallaşdırılması, vergiyə cəlbi stimullaşdıran vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi uçotunun və hesabatlığının sadələşdirilməsi kimi tədbirləri əhatə edir. Bu tədbirlərin effektiv icrası qeyri-rəsmi iqtisadi dövriyyənin azalması, qeyri-nağd ödənişlərin ən müasir formalarının, rəqəmsal ödənişlərin geniş miqyasda tətbiqi üçün əlverişli mühit yarada bilər. Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.1-ci, 218.1.2-ci maddələrinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir. Lakin sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır. Vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisi 2017-ci ildə cəmi 5,3% təşkil etmişdir (2016 - 4,3%, 2015 - 2,4%, 2014 - 2,2%, 2013 - 1,8%)3. Sadələşdirilmiş vergi daxilolmalarında illər üzrə artım müşahidə edilmişdir. (Diaqram 5). Lakin bu artım iqtisadiyyatda ümumi iqtisadi dövriyyənin nominal artım tempinə uyğundur. Nümunəvi dünya təcrübəsinə uyğun olaraq kiçik sahibkarlıq subyektlərinin də tədricən ƏDV ödəyicisinə çevrilməsi vergidən yayınmanın, habelə nağd hesablaşmalara olan motivlərin aradan qalxmasına gətirib çıxarmış olar. Əksər dünya ölkələrində olduğu kimi, ƏDV vergi daxilolmalarında başlıca paya malikdir. ƏDV sistemində vergidən yayınma "imkanları" nisbətən daha məhduddur (Diaqram 6). ƏDVnin bütün iqtisadi subyektlərə tətbiqi nağdsız hesablaşmalara da şərait yaradır. ƏDV dərəcəsinin aşağı olduğu bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə standart (bütün ödəyicilər üçün eyni) ƏDV, yüksək olduğu ölkələrdə isə diferensiallaşdırılmış ƏDV tətbiq edilir. Azərbaycan ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aiddir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilə bilər. Nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bununla yanaşı nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı qanunvericiliyə əlavələrin edilməsi nəzərdən keçirilə bilər. Bu istiqamətdə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir. Tədbir 1.2.1. Vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması Ədalətli vergi səviyyəsi qiymətləndiriləcək, uğurlu beynəlxalq təcrübəyə uyğun olaraq vergitutma mexanizminin sadələşdirilməsi imkanları araşdırılacaq və sahibkarlıq subyektlərinin fəaliyyətində yaranacaq vergi öhdəliklərinin öncədən müəyyən edilməsi və proqnozlaşdırılmasının asanlaşdırılmasına imkan verən, bütövlükdə könüllü əməletməyə stimullar yaradan daha təkmil vergi strukturu və optimal vergi yükü formalaşdırılması məqsədilə təkliflər hazırlanacaqdır. Bu istiqamət üzrə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə (tədbir 1.5.3), "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 8.1.1.1) və "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamında da müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Tədbir 1.2.2. Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi üçün aparıcı ölkələrin təcrübələri nəzərdən keçiriləcəkdir. Vergiyə cəlbi stimullaşdıran, vergi uçotunun və hesabatlığının aparılması üzrə məsləhət xidmətlərinin geniş miqyasda və effektiv tətbiqini nəzərdə tutan vergi inzibatçılığı daha da gücləndiriləcəkdir. Bu istiqamət üzrə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə (strateji hədəf 4, tədbir 4.1.2), "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə (tədbir 1.5.2), "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 8.1.1.1) və "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamında da müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Tədbir 1.2.3. Vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması E-auditin çərçivəsinin genişləndirilməsi, elektron mühasibatlıq sisteminin təkmilləşdirilməsi və e-audit fəaliyyətinin tezliyinin artırılması nəzərdən keçiriləcəkdir. Bu istiqamət üzrə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə (strateji hədəf 4, tədbir 4.1.2), "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə (tədbir 1.5.2), "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 8.1.1) və "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamında da müvafiq tədbirlər nəzərdə tutulmuşdur. Tədbir 1.2.4. Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır. Tədbir 1.2.5. "Vahid Mühasibatlıq Sistemi"nin tətbiq edilməsi Bütün vergi ödəyicilərinin "Vahid Mühasibatlıq Sistemi"nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin ediləcəkdir. Dövlət proqramına əsasən 1.2.1 nömrəli "Vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması" tədbirinin əsas icraçısı AR Vergilər Nazirliyi, digər icraçılar isə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir. Dövlət proqramına əsasən 1.2.2 nömrəli "Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi" tədbirinin əsas icraçısı AR Vergilər Nazirliyi, digər icraçılar isə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir. Dövlət proqramına əsasən 1.2.3 nömrəli "Vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması" tədbirinin əsas icraçısı AR Vergilər Nazirliyi, digər icraçılar isə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliy olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir. Dövlət proqramına əsasən 1.2.4 nömrəli "Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması" tədbirinin əsas icraçısı AR Vergilər Nazirliyi, digər icraçı isə AR Maliyyə Nazirliyi olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir. Dövlət proqramına əsasən 1.2.5 nömrəli "Vahid Mühasibatlıq Sistemi"nin tətbiq edilməsi" tədbirinin əsas icraçısı AR Maliyyə Nazirliyi, digər icraçı isə AR Vergilər Nazirliyi olacaqdır. Tədbirin icra müddəti 2018-2020 illər qeyd edilbidir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.