Azərbaycanda Beynəlxalq Mühasiblər Forumu Keçiriləcək2018-10-01 | Mühasibat uçotu | 2666Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) və Dünya Bankının Maliyyə Hesabatları üzrə İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Oktyabr 2018-ci ildə Bakı şəhərində yerləşən Hyatt Regency otelində forum keçiriləcək. Forumda Azərbaycanda yeni mühasibat uçotu standartlarının tətbiqi və mühasibat uçotu sahəsində aparılan islahatlarla bağlı müzakirələr aparılacaq. Forumun keçirilməsində əsas məqsəd "Mühasibat Uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdən irəli gələn yeni standartlara keçid prosesinin asanlaşdırılmasına töhfə vermək, yeni dəyişikliklərlə bağlı üzləşilə biləcək problemlər və onların həlli yollarını araşdırmaq, mühasibat uçotu üzrə təhsil proqramının hazırlanmasında Azərbaycanın aparıcı ali təhsil müəssisələri və peşəkar mühasibat təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə nail olmaqdır. Forumda mühasibat uçotu və maliyyə idarəetməsi sahəsində ixtisaslaşmış mütəxəssislərlə yanaşı, nüfuzlu yerli dövlət və özəl müəssisələrin rəhbər vəzifəli şəxslərinin və əcnəbi mütəxəssislərin məruzəçi qismində iştirakı planlaşdırılır. Forumun gələcəkdə müvafiq sahədə vahid platformanın formalaşdırmasına əsas olacağı güman olunur. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.