Azərbaycanda vergi və mühasibat uçotu şəffaf olan sahibkarlar güzəştlər əldə edəcəklər2018-10-03 | Vergilər | 2385"Azərbaycanda vergi və mühasibat uçotunu vaxtında və şəffaf aparan vergi ödəyicilərinə münasibətdə bir sıra güzəştlər tətbiq ediləcək". "Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusunda konfransda Vergilər Nazirliyinin nümayəndəsi Nicat İmanov bildirib. Onun sözlərinə görə, bu məsələ vergi qanunvericiliyinə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərdə nəzərdə tutulub. N.İmanov həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində, vergi və mühasibat uçotu üzrə pozuntulara yol verən vergi ödəciyilərinin cərimələnməsi nəzərdə tutulub. "Uçotu şəffaf aparan vergi ödəyicisi ilə qeyri-şəffaf aparan vergi ödəyicisi arasında həmişə fərq qoyulacaq və bu, dövlət-vergi ödəyicisi münasibətlərinin şəffaflığını göstərəcək", - nazirlik rəsmisi qeyd edib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.