Azərbaycanda sığortaçıların elektron uçotu xidməti işə salınıb2014-01-25 | Vergilər | 2445Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) sığortaçıların elektron uçotu xidmətini işə salıb. Trend-in məlumatına görə, fondun sədri Elman Mehdiyev xidmətin təqdimatı zamanı deyib ki, yeni xidmət sosial sığorta şəhadətnaməsinin alınması prosesini onlayn rejimdə aparmağa imkan verir: "Əvvəllər əmək fəaliyyətinə yenicə başlamış vətəndaş sosial sığorta şəhadətnaməsini almaq üçün işəgötürən əmək müqaviləsini imzaladıqdan sonra lazımi sənədlərin siyahısını şəxsən Fonda təqdim etməli idi. Bundan sonra isə hər bir işəgötürən öz əməkdaşları üçün bu şəhadətnamələri öz ofisindən çıxmadan rəsmiləşdirmək imkanı əldə edir". Onun sözlərinə görə, bu xidmətin tətbiqi vətəndaşlara öz vaxtına qənaət etməyə və şəffaflığı artırmağa imkan verəcək. Mənbə: www.trend.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.