Azərbaycan bankları və ödəniş şirkətləri TaxFree4U və EU4digital platformasına inteqrasiya olunacaqlar.2018-10-08 | Vergilər | 2262Azərbaycan bankları və ödəniş şirkətləri "TaxFree4U" və "EU4digital" platformasına inteqrasiya olunacaqlar. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Avropa İttifaqının rəqəmsal xidmətlər və informasiyaların genişləndirilməsi layihəsinin meneceri, "EU4digital" platformasının eksperti Valeri Virkovskinin sözlərinə görə, "Tax free" sisteminin onlayn mobil versiyasının tətbiqinin genişləndirilməsi üçün müxtəlif ölkələrdə iş aparılır. Həmin layihələrin ən mühüm komponentlərindən biri Avropa ölkələrində alış-veriş zamanı ödənilmiş ƏDV-nin qaytarılmasının ən sadə yolu "EU4digital" platformasıdır. Hazırda isə "Tax free" sistemində daha çox standart mexanizm tətbiq olunur. Başqa sözlə, xarici ölkə vətəndaşlarının aldıqları mala görə geri qaytarılan ƏDV hava limanlarındakı və digər yerlərdəki "Tax free" məntəqələrindən alınır. Bundan əlavə, standart xidmətlərlə yalnız partnyor mağazalar şəbəkələrində edilən alış-verişlərə görə ödənilmiş ƏDV məbləğlərini geri almaq mümkündür. "TaxFree4U adlanan onlayn ödəniş sistemi isə bütün mağazalardan alınmış mallara görə ƏDV-nin qaytarılmasını təmin edir: vətəndaş öz ölkəsinə geri qayıtdıqdan sonra ƏDV məbləği nağdsız qaydada mobil bankçılıq yolu ilə ona qaytarılır. Həmin şəxs ƏDV-ni öz ölkəsində bank hesabına köçürülmə, yaxud mobil operator vasitəsilə onlayn ödənilmə yolu ilə əldə edir. "TaxFree4U" və "EU4digital" platformalarının əsas üstünlüyü rahatlığın təmin edilməsi və vaxt itkisinə yol verilməməsidir. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, ölkədəki bankların ƏDV-nin qaytarılmasını təmin edən xidmətlərə inteqrasiyası üçün müvafiq işlər aparılır. Bəzi banklar həmin sistemə inteqrasiya olunub, ancaq bank və mobil operatorların xarici ödəniş platformaları ilə bu istiqamətdə əməkdaşlığı davam etdirilir. Mənbə: https://azertag.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.