Azərbaycanda auditorlar çirkli pulların yuyulmasına qarşı mübarizədə iştirak edəcəklər2018-10-15 | Audit | 2946Azərbaycanda fəaliyyət göstərən auditorlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulmasına qarşı mübarizədə iştirak edəcəklər. Bu barədə "Report"a Auditorlar Palatasının İnnovasiyaların tətbiqi idarəsinin rəisi Elnur İbrahimov məlumat verib. Onun sözlərinə görə, oktyabrın 5-də Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib. İclasda auditor təşkilatlarının və sərbəst auditorların auditor xidmətləri müqaviləsinin bağlanılmasına dair Palatanı məlumatlandırması "Qaydası" və "Forması" müzakirə edilib: "Bu qayda çirkli pulların yuyulmasının qarşısının alınması üçün əhəmiyyətli olacaq. Auditorlar bağladıqları müqavilələr haqqında Palataya məlumat verəcək. Əgər onlar kiməsə qanunsuz rəy verəcəklərsə, buna görə məsuliyyət daşıyacaqlar". |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.