2019-cu ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.2018-10-19 | İqtisadiyyat | 2742Azərbaycanda 2019-cu il üçün yaşayış minimumunun məbləği məlum olub. Məlumata görə, bu barədə "2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib. Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub. Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub. Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. Məlumata görə, bu barədə "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində qeyd edilib. Sənəddə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 143 manat məbləğində müəyyən edilib. Xatırladaq ki, "2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilmişdi. Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında", " 2019-cu il üçün yaşayış minimumu haqqında", "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Mənbə: http://marja.az/news/32464 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.