Hökumət tütün məmulatlarının idxalına aksiz dərəcələrini artırmağı planlaşdırır2018-10-30 | Vergilər | 2019Azərbaycan hökuməti 2019-cu ildə tütün məmulatlarının idxalına tətbiq edilən aksiz dərəcələrini artırmağı planlaşdırır. 2019-cu ilin büdcə materiallarına əsasən idxal olunan tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri üzrə dövlət büdcəsinə daxilolmalar 248,658 mln. manat (2018-ci ildə 90 mln. manat) məbləğində nəzərdə tutulub, yəni daxilolmaların 2,7 dəfə artacağı proqnozlaşdırılır. Cari ilin yanvar-avqust aylarında Azərbaycana gətirilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri üzrə 70 mln. 651 min manat məbləğində vəsait daxil olub ki, bu da ötən ilin 8 ayının göstəricisindən 2,8 dəfə çoxdur. Xəbər verildiyi kimi, hökumətin qərarı ilə 2018-ci ilin yanvar ayından ölkəyə gətirilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri artırılıb. Xüsusilə 1000 ədəd siqarın idxalına 20 manat (əvvəllər 10 manat), 1000 ədəd siqaretin idxalına 12 manat (əvvəllər 4 manat) məbləğində aksiz dərəcəsi tətbiq olunub. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.