e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Palata: Vergi ödəyiciləri üzrə könüllü bəyanetmə səviyyəsinin kəskin aşağı düşəcəyi gözlənilir

2018-10-31 | Vergilər | 2167

Vergi ödəyiciləri üzrə könüllü bəyanetmə (eləcə də könüllü ödəmə) səviyyəsinin növbəti il ərzində kəskin aşağı düşəcəyi gözlənilir.

"Report" bu barədə gələn ilin dövlət büdcəsi layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Vergi qanunvericiliyinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının məbləği 2017-ci ildə 230 511,3 min manat təşkil edib, 2018-ci ilin sonuna 271 000,0 min manat nəzərdə tutulub, 2019-cu il üçün 464 200,0 min manat proqnozlaşdırılıb.

2019-cu il üzrə vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyalarından daxilolmaların 2017-ci ilin icrasına nisbətən 233,7 mln. manat və ya 2 dəfə, 2018-ci ilin gözlənilən icrasına nisbətən 193,2 mln. manat və ya 71,3% artımla proqnozlaşdırılması vergi ödəyiciləri üzrə könüllü bəyanetmə (eləcə də könüllü ödəmə) səviyyəsinin növbəti il ərzində kəskin aşağı düşəcəyinin gözlənildiyini göstərir.

Mənbə: https://report.az/maliyye/palata-vergi-odeyicileri-uzre-konullu-beyanetme-seviyyesinin-keskin-asagi-duseceyi-gozlenilir/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.