e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gəlir vergisindən azadolmalar və güzəştlər maddəsinə dəyişiklik edilib.

2018-10-31 | Vergilər | 3491

Vergilər Məcəlləsinin "Gəlir vergisindən azadolmalar və güzəştlər" maddəsinə dəyişiklik edilib.

Dəyişikliyə görə, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri gəlir vergisindən azaddır.

Əvvəlki redaksiyada bildirildirdi ki, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğlər gəlir vergisindən azaddır.

"102.1.14.6-cı maddəsində "aspirantlara (magistrlərə)" sözləri "doktorantlara və magistrlərə" sözləri ilə əvəz edilsin",- yeni qanunda deyilir.

Mənbə: https://president.az/articles/30540


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.