Vergi ödəyicilərinə borclarına görə uzunmüddətli möhlət verilə bilər2014-01-25 | Vergilər | 2639"Hazırda vergi borclarının azalması üçün stimullaşdırıcı tədbirlərin siyahısını genişləndirmək məqsədilə mövcud beynəlxalq təcrübəni nəzərdən keçiririk və ola bilsin ki, gələcəkdə bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilməsi təklif olunsun". Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi Zeynalabdin Məmmədzadənin sözlərinə görə, beynəlxalq təcrübədə də bir çox stimullaşdırıcı tədbirlər mövcuddur. Məsələn, Amerika Birləşmiş Ştatlarının təcrübəsində vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi barədə vergi orqanına müraciət etməklə yanaşı, vergi öhdəliyini qrafik əsasında bərabər hissələrə bölünməklə ödəmək hüququna malikdir. O deyir ki, Latviyada borclu vergi ödəyicilərinə xüsusi dəstək proqramı çərçivəsində vergi borcunun 10 faizini ödəyən vergi ödəyicilərinin qalan borclarına görə onlara 60 ayadək müddətə möhlətin verilməsi və bu müddətdə faiz hesablanmasının dayandırılması nəzərdə tutulur. Mənbə: http://www.ucnoqta.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.