e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Büdcə təşkilatları üçün yeni maliyyə və mühasibat uçotu sistemi yaradılıb

2014-01-27 | Mühasibat uçotu | 3637

"Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sisteminin yaxın gələcəkdə genişləndirilməsi nəzərdə tutulub.

SINAM şirkəti tərəfindən yaradılan və beynəlxalq aləmdə FARABI (Financial and Accounting Reporting Application for Budgetary Institutions) adı adında tanınan bu sistem büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları əsasında aparılmasını təmin edir.

Şirkətdən verilən məlumata görə, hal-hazırda həmin sistemin tətbiqinin birinci mərhələsi dövlət sifarişi ilə maliyyələşən 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edir.

Sistemin əsas prinsipləri və üstünlükləri aşağıdakılardır:

  • Sistem İKT sahəsində hal-hazırda istifadə olunan ən müasir bulud texnologiyası əsasında qurulub.
  • Proqram təminatının funksionallığı "Müəssisə resurslarının idarə edilməsi sistemi" (beynəlxalq klassifikasiya üzrə - "ERP system") prinsiplərinə müvafiq qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir.
  • Sistemdə Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi ilə birbaşa inteqrasiya dəstəklənir. Bu cür inteqrasiya prosesləri isə Elektron Hökumət konsepsiyasının G2G (dövlət-dövlət) komponentinin əsasını əşkil edir.
  • Yaradılan sistemin yaxın vaxtlarda Xəzinə İnformasiya İdarəetmə sistemi ilə də inteqrasiyası istiqamətində fəaliyyət davam etdirilir.
  • Sistemin şəbəkəsi və istifadəçilərin Verilənlər Mərkəzi ilə bağlantısı respublikada mövcud ən təhlükəsiz şəbəkə üzərində qurulur.
  • Məlumatların təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün istifadəçilərə elektron açar və elektron imza da təqdim olunacaq.
  • Sistemdə hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur.
  • Sistemin geniş analitik imkanlara malik olması, istifadəçilərə mövcud məlumatlar üzərindən müxtəlif analitik hesabatlar hazırlamağa şərait yaradır.
  • Şübhəsiz ki, belə bir ERP sisteminin respublika üzrə tətbiqi - qarşıdakı daha geniş islahatların reallaşmasına təkan verəcək.

Mənbə: http://www.marja.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.