Milli valyutanın ölkədən çıxarılması və gətirilməsində məhdudiyyət olmayacaq2018-11-13 | İqtisadiyyat | 2312Ölkədən milli valyutanın (Manatın) çıxarılması və gətirilməsində məhdudiyyətin olmamasını tənzimləyən xüsusi hüquqi aktın qəbul edilməsinə ehtiyac yaranmışdır. "Marja" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, qüvvədə olan qanunvericilikdə bu əməliyyatları hər hansı qadağan edən normalar mövcud olmasa da, gömrük nəzarəti zamanı vətəndaşlar müəyyən çətinliklərlə üzləşir: "Yaranmış vəziyyəti, eləcə də ölkənin milli valyutasının sabitləşdiyi bir vaxtda regional səviyyədə dövriyyəsini stimullaşdırmaq məqsədilə milli valyutanın gömrük prosedurlarını altında məhdudiyyətsiz olaraq sərhəddən keçidini tənzimləyən hüquqi aktın layihəsi hazırlınmış, əlaqədar dövlət qurumları ilə razılaşdırılmış və "Valyuta tənzimi haqqında" Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqinə təqdim edilmişdir". |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.