Mikayıl Cabbarov: Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur2018-11-16 | Vergilər | 2447"Pos-terminallar vasitəsilə nağdsız şəkildə ödənişlərin həyata keçiriləcəyi təqdirdə Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur". "Report" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov AzTV-nin "Günün nəbzi" verilişində deyib. Onun sözlərinə görə, qanun qəbul ediləcəyi təqdirdə pərakəndə ticarətdə nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq. "Bu, stimullaşdırıcı addımdır. Digər tərəfdən burada inzibatçılığın gücləndirilməsi nəzərdə tutulur. Yəni ölkədə qüvvədə olan nağd ödənişlərə limit tətbiq etmək, ödənişlərin yalnız zəruri hallarda nağdsız formada həyata keçirilməsi ilə bağlı qanunun tələblərinin daha sərt şəkildə inzibatçılığının təmin edilməsidir. Yəni ümumilikdə bu istiqamətdə nəzərdə tutduğumuz tədbir 2019-cu ildən başlayaraq onlayn kassa-nəzarət aparatlarının tətbiqidir. Faktiki olaraq bu istiqamətdə islahat nəticəsində olunacaq yeniliklə pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin ani şəkildə onlayn sistemdə əks etdirilməsi, yüklənilməsi və beləliklə hər hansı bir pozuntunun, dövriyyənin gizlədilməsi, həmin "kölgə iqtisadiyyatı"nda qalan ticarət dövriyyələrinin gizlədilməsi mümkünsüz olacaq. Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Çünki bu, nəticə etibari ilə vətəndaşların hüquqlarının qorunmasına, büdcə vəsaitlərinin ödənilməsinin təmin edilməsinə yönəldilmiş bir addımdır", - deyə nazir vurğulayıb. Mənbə: https://report.az/maliyye/mikayil-cabbarov-nagdsiz-odenis-edenlere-vergi-guzestleri-nezerde-tutulur/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.