PricewaterhouseCoopers Azərbaycan Dövlət Neft Fondunun üç il üçün auditoru təyin edilib2013-07-26 | Audit | 3127Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə xidmət təkliflərinin cəlb olunması prosedurasını keçirib. Fonddan verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş PricewaterhouseCoopers şirkəti müsabiqənin qalibi müəyyən edilib. Bununla əlaqədar, artıq şirkət Azərbaycan prezidenti tərəfindən Fondun 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib. Mənbə: www.apa.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.