Daha bir nüfuzlu sığorta şirkəti ARPA-nın korporativ üzvü oldu2018-11-19 | Mühasibat uçotu | 2388Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) korporativ üzvlərinin sayını artırır. "Azərbaycan Sənaye Sığorta"ASC ilə imzalanmış müqaviləyə əsasən, maliyyə sektorunda fəaliyyət göstərən bir çox şirkət kimi, Azərbaycan Sənaye Sığorta Şirkəti də ARPA-nın Korporativ üzvlüyünə daxil olmuşdur. ARPA tərəfindən həyata keçirilən üzvlük siyasətinin əsas məqsədi ölkədə maliyyə və idarəetmə sahəsinin inkişafına, eyni zamanda müvafiq sahədə fəaliyyət göstərən fərdi və korporativ üzvlərinin maraqlarının müdafiəsinə nail olmaqdır. 22 illik fəaliyyəti ərzində Azərbaycanda sığorta sektorunda böyük nüfuz qazanan və peşəkarlığı ilə seçilən "Azərbaycan Sənaye Sığorta" ARPA-nın korporativ üzvləri sırasına daxil olmaqla, üzvlüyün verdiyi üstünlüklərdən istifadə etmək imkanı əldə etmişdir. Bununla yanaşı, bu əməkdaşlığın tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm platforma olacağı hesab olunur. Xüsusilə qeyd etmək lazımdır ki, ARPA-da fəaliyyət sferasını genişləndirmək məqsədilə Sığorta Komitəsinin təsis edilməsi barədə qərar qəbul olunmuşdur. Bu addım ARPA-nın sığorta sahəsinin inkişafında və bu sahədə mövcud olan problemlərin həllində vacib rol oynamaq niyyətindən irəli gəlir və gələcəkdə ARPA-nın İnsan Resurslarının İdarə edilməsi, İctimaiyyətlə Əlaqələr sahəsində də bu qəbildən olan Komitələri təsis edəcəyi planlaşdırılır. Mənbə: www.arpa.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.