e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Müqaviləsiz işçi işlətməyin cəzası artırılır

2018-11-22 | Kadr işi | 3086

Azərbaycanda işçilərin əmək müqaviləsiz işlədilməsinə görə işəgötürlənlərə tətbiq olunan maliyyə sanksiyasının məbləği artırıla bilər.

Bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsində bildirilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə belə hala birinci dəfə yol verdikdə 2 000 manat, ikinci dəfə yol verdikdə 4 000 manat, üç və daha çox dəfə yol verdikdə 6 000 manat maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd edək ki, hazırda maliyyə sanksiyasının məbləği bütün hallarda hər bir belə şəxs üzrə 1 000 manat məbləğindədir.

Mənbə: http://marja.az/news/34150


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.