e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib

2018-11-30 | İqtisadiyyat | 2909

Milli Məclis gələn ilin ehtiyac meyarı və yaşayış minimumunu yekun-üçüncü oxunuşda təsdiqləyib.

"Report" xəbərə verir ki, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.

MUHASİB.AZ saytının şərhi

2018-ci il üzrə ehtiyac meyarının həddi 130 manat məbləğində müəyyən edilmişdir.

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-gelen-il-ucun-ehtiyac-meyari-ve-yasayis-minimumu-tesdiqlenib/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.