Xərclədiyimiz hər 100 manatdan 2,28 manatı geri alacağıq - HESABLAMA2018-12-21 | Vergilər | 3482Vergi Məcəlləsinə edilən dəyişiklikərdən bəziləri ölkə vətəndaşları üçün əlavə gəlir mənbəyi yaradacaq. FED.az xəbər verir ki, dəyişikliyə əsasən vətəndaş olaraq marketdən aldığımız mala görə plastik kartla ödəniş etsək pulun bir qismi dövlət tərəfindən geri qaytarılacaq. Vergi eksperti Vəli Əliyevin fikrincə, faktiki olaraq "kəş bək" funksiyasının işə düşməsi məcəlləyə edilən ən mütərəqqi yeniliklərdən biridir və bu dəyişiklik nağdsız hesablaşmaların həcminin artmasına səbəb olacaq. Belə ki, 100 manatlıq malın 15.25 manatını ƏDV-si təşkil edir. Həmin məbləğin isə 15%-inı, yəni 2.28 manatını (plastik kart ilə ödəniş etdikdə) dövlət vətəndaşın müraciəti əsasında geri qaytaracaq. Bildirmək istəyirəm ki, aldığımız ərzağa, geyimə, tikinti materiallarına, ev əşyaları və mebelə, mobil telefon və məişət texnikasına, uşaq yeməkləri və dərmana, avtomobillərin ehtiyat hissələrinə, həmçinin zərgərlik məmulatlarına xərclənən vəsaitin bir qismini geri ala biləcəyik. Bunun üçün bizdən tələb olunanlar:
Kassa qəbzində mütləq aşağıdakı göstəricilərin əks olunmasına diqqət yetirmək lazımdır.
Digər məsələ isə öndan ibarətdir ki, bəzi kassa qəbzlərindəki yazılar zaman keçdikcə oxunaqlığını itirir. Ona görə də qəbzlərin kserosurətlərinin çıxarılaraq saxlanılmasını tövsiyə edirəm. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.