Müqaviləsiz işçinin əməyi gəlirlərin gizlədilməsi kimi qiymətləndiriləcək2014-02-05 | Vergilər | 2531Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Dəyişikliklərin mətni rəsmi KİV-lərdə dərc edilib. Vergilər Məcəlləsinin 50.1.7 və 58.10-cu maddələrinə dəyişikliklər edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilərsə, işəgötürənə hər bir belə işçiyə görə min manat maliyyə sanksiyası tətbiq ediləcək. Bununla yanaşı, işçinin əməyi onun gəlirlərinin gizlədilməsi kimi qiymətləndiriləcək. Mənbə: http://www.marja.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.