e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Şirkət qeydiyyatı zamanı yanlış məlumat vermək inzibati məsuliyyətə səbəb olacaq

2018-12-28 | Hüquq | 2870

Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi inzibati məsuliyyətə səbəb olacaq.

"Marja" xəbər verir ki, Prezident "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu imzalayıb.

Qanuna edilən əlavəyə görə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 403-cü maddəsinə əsasən:

Maddə 403. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi

Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə -

fiziki şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.

Mənbə: http://marja.az/news/36319?title=sirket-qeydiyyati-zamani-yanlis-melumat-vermek-inzibati-mesuliyyete-sebeb-olacaq


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.