e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

2019-cu ilin yanvar ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə Y A D D A Ş

2019-01-04 | Vergilər | 3503

2019-cu ilin yanvar ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə
Y A D D A Ş


2018-ci ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz vergisi bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

2018-ci ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

Sadələşdirilmiş verginin bəyannaməsi və Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi

2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Dövlət rüsumu haqqında hesabat

2019-cu ilin yanvar ayının 21-dək vergi orqanına təqdim edilməli, notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

  • 2018-ci ilin 4-cü rübünə görə sığortaedənlər tərəfindən

Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat
İşsizlik sığortası üzrə rüblük hesabat

2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış vergi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Digər vergi ödəyiciləri tərəfindən (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir

  • Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2018-ci ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

Qeyd: 20.01.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=pages&page=269


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.