Azərbaycan bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sistemini yaradır2014-02-06 | Vergilər | 2529Azərbaycanda bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sistemi yaradılır. Bunu bu gün Bakıda keçirilən vergi forumunda Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov məlumat verib. Onun sözlərinə görə, yeni sistem bələdiyyə vergilərinin tam yığılmasına və dəqiq uçotun aparılmasına imkan verəcək: "Bələdiyyələrin AVİS sistemində onlayn kargüzarlıq, vergilərin elektron qaydada ödənilməsi, bəyannamələrin elektron qaydada təqdimatı imkanları yaradılıb". N.Şirinov deyib ki, bu sistemlə bələdiyyələr qarşısında potensial vergi öhdəliyi olan fiziki və hüquqi şəxslər öz əmlaklarını qeydiyyatdan keçirə, onlar üçün qeydiyyat şəhadətnaməsi ala biləcəklər. Mənbə: http://www.apa.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.