e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bakıda beynəlxalq vergi forumu keçirilir

2014-02-06 | Vergilər | 2431

6 Fevral-da Bakıda "Azərbaycan vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda vergi forumu işə başlayıb.

İki gün davam edəcək forum çərçivəsində "Vergi inzibatçılığında partnyorluq münasibətləri" və "Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu" adlı sessiyalar keçiriləcək.

Sessiyalarda dövlət orqanları, Avropa Birliyi, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Niderland, Türkiyə, Gürcüstan və Qazaxıstanın vergi qurumları, banklar, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birlikləri və KİV nümayəndələri və iş adamları iştirak edirlər.

Qeyd edək ki, tədbirdə "Vergi inzibatçılığında partnyorluq münasibətləri", "Risklərin idarə edilməsi və partnyorluq", "Vergi öhdəliklərinin icra modeli", "Bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması", "Dövlət və bələdiyyələr arasında iqtisadi münasibətlər", "Vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçid: problemlər, perspektivlər" və digər mövzular müzakirə ediləcək.

Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılacaq, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış edəcəklər.

Mənbə: http://www.apa.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.