Beynəlxalq standartlara əsasən QHT-lərin mühasibat uçotu qaydaları təsdiqlənib2019-01-14 | Mühasibat uçotu | 3212"İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları" təsdiq edilib. "Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. "Mühasibat uçotu haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında" 2018-ci il 1 iyun tarixli fərmanın 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları" təsdiq olunub. Qaydalara buradan baxmaq olar https://cabmin.gov.az/az/document/3318/ Daha əvvəl məlum olub ki, "Mühasibat uçotu haqqında" qanuna edilən dəyişikliklərə əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) "peşəkar mühasib sertifikatı" verəcək. Mənbə: https://report.az/maliyye/bu-barede-qerari-bas-nazir-novruz-memmedov-imzalayib/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.