e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ələkbər Məmmədov: Əminəm ki, ASAN İmzanın qiymətinə yenidən baxılacaq

2019-01-22 | İqtisadiyyat | 2459

"Statistika göstərir ki, 2018-ci ildə Azərbaycanda "ASAN İmza" (mobil imza) alanların sayı 2,5 dəfə artıb".

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

"Azərbaycanda MMC-lərin ilkin qeydiyyatı "ASAN imza"ya ehtiyac olmadan FİN kod vasitəsi ilə aparılacaq. Sonrakı mərhələlərdə isə rahatlıq üçün "ASAN İmza" lazımdır. Mobil imzadan istifadə edənlərin sayı artdıqca əminəm ki, onun qiymətinə yenidən baxılacaq. Amma bu məsələ nazirliyin səlahiyyətində deyil", - deyə o, qeyd edib.

Mənbə: https://report.az/maliyye/elekber-memmedov-eminem-ki-asan-i-mza-nin-qiymetine-yeniden-baxilacaq/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.