e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Gömrük Məcəlləsinə dəyişiklik edildi – Bu qaydanı pozanlar cəzalandırılacaq

2019-01-29 | İqtisadiyyat | 3034

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 13-1.2-ci maddəyə “istifadə qaydaları” sözlərindən sonra “, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası” sözləri əlavə edilsin;

1.2. 113.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“113.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;

1.3. 113.3-cü maddənin birinci cümləsi çıxarılsın;

1.4. 114.2-ci maddə ləğv edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvəyə minir.

Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. maddənin adında “məlumatın verilməsi” sözlərindən sonra “, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi” sözləri əlavə edilsin;

1.2. maddənin mətni 485.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda

485.2-ci maddə əlavə edilsin:

“485.2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.

Maddə 2. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvəyə minir.

Mənbə: https://president.az/documents


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.