e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda avtomobil sahiblərinin vergi yükü dəyişməyəcək

2014-02-13 | Vergilər | 2459

Azərbaycanda avtomobil sahiblərinin vergi yükündə dəyişiklik olmayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ölkənin Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar İdarəsinin rəhbəri Natiq Şirinov nazirliyin 2013-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

N.Şirinov deyib: "Yol vergisinin dərəcələrinə gəldikdə, o, Azərbaycanda MDB və ya Avropa ölkələrində olduğundan xeyli aşağıdır. Onun məbləği avtonəqliyyat vasitəsinin mühərrikinin həcmindən və digər parametrlərindən, ölkədə olduğu müddətdən asılıdır. Nazirlik dərəcələrin məbləğinin dəyişdirilməsini planlaşdırmır".

O əlavə edib ki, habelə işlənmiş qazın çıxmasına görə verginin tətbiqi məsələsinə də baxılmır.

2013-cü ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 102 min ədəd artıb və ilin sonunda 1 245 677 ədədə çatıb.

Mənbə: http://www.trend.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.