e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması qaydaları

2019-02-01 | Vergilər | 5838

Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması qaydaları və həmin qaydaların əlavəsi təsdiq olunub. Hər iki sənəd Vergi Məcəlləsinin və aidiyyəti hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanıb.

Yeni dəyişikliklər vergi orqanları tərəfindən hesablanmış və ödənilmiş vergi, fаiz, maliyyə sanksiyaları və inzibati cərimələrin, habelə Azərbaycanın hər il üzrə təsdiq olunmuş dövlət büdcəsi, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi və işsizlikdən sığorta fondunun büdcəsi haqqında müvafiq qanunlara əsasən vergi orqanları tərəfindən büdcəyə ödənilməsi təmin edilən vergi olmayan digər vəsaitlərin, o cümlədən məcburi dövlət sosial və işsizlikdən sığorta haqlarının uçotunun aparılması qaydalarını müəyyən edir.

Qaydalarda və əlavədə hesablanmış məbləğin şəxsi hesab vərəqəsinə daxil olunmasının əsasları və müddətləri əks etdirilib. Qaydalara əsasən, vergi ödəyiciləri hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun şəxsi hesab vərəqələrində aparılması ilə bağlı tələb olunan müvafiq məsələlər nəzərə almalıdırlar. Ödəyicilərdən hesablanmış vəsaitlərin şəxsi hesab vərəqələrinə daxil edilməsi, əvəzləşmə və qaytarmaların uçotu və büdcəyə olan borc məbləğlərinin və faizin hesablanması ilə bağlı qaydalara riayət etmələri tövsiyə olunur.

Mənbə: https://vergiler.az/news/taxes/755.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.