e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda uçot dərəcəsi azaldılıb

2019-02-01 | İqtisadiyyat | 2856

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9,75%-dən 9,25%-ə endirilməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, qurumun rəhbərliyi ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9,75%, faiz dəhlizinin yuxarı həddi 11,75%, aşağı həddi isə 7,75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdı.

Muhasib.az saytının şərhi

Mühasiblər üçün uçot dərəcəsinin azalması aşağıdakı əməliyyatlara təsir edəcəkdir. Belə ki, vergi uçotunda AR Vergi Məcəlləsinin 110-cu maddəsinə əsasən

Gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması. AR Vergi Məcəlləsi, Maddə: 110.

Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə AR Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-ucot-derecesi-azaldilib-g-g-g-h-h-h-g-g-g-h-h-h/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.