e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum öz işinə başlayıb

2019-02-18 | İqtisadiyyat | 2137

Fevralın 18-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilir.

AZƏRTAC xəbər verir ki, forumun məqsədi Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işgüzar dairələrlə açıq dialoqun qurulmasıdır.

Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak edir.

Mənbə: https://azertag.az/xeber/Bakida_Vergiler_Seffafliq_Inkisaf_movzusunda_forum_oz_isine_baslayib-1247341


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.