Yığılan vergi daha çox bu sahəyə xərclənir - NAZİR AÇIQLADI2019-02-18 | İqtisadiyyat | 2293Azərbaycanda yığılan verginin böyük bir hissəsi sosial sahəyə xərclənir. Buna görə də hesabatlılıq mühüm əhəmiyyət daşıyır. FED.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, vergi ödəyiciləri ödədikləri vəsaitin necə xərcləndiyini görməlidir, bu məqsədlə hesabatlılıq yüksək olmalıdır. “Təbii ki, hər bir vergi ödəyicisinin qarşısında tam şəffaf məlumatlar olmalıdır. Bu məqsədlə korrupsiya hallarının qarşısının alınması, vətəndaş-məmur təmasının azaldılması üçün addımlar atırıq. Yeni yaradılacaq “DOST” Mərkəzi maksimum elektronlaşmış şəkildə olacaq və regionlar da daxil olmaqla, 31 "DOST" Mərkəzi yaradılacaq. E-sosial portalında Azərbaycanda bütün məşğul əhalinin şəxsi kabineti var və burada ödənilən bütün vəsaitlər barədə məlumatlar öz əksini tapır”. Nazir vurğulayıb ki, minimum əməkhaqqının, pensiyaların artırılması və digər sosial qərarlarla bağlı Azərbaycan dövləti büdcədən əlavə 500 milyon manat ayırıb və məşğulluq strategiyası, yeni qanun, işsizlik sığortası haqqında qanunvericiliyin dəyişməsi baş verib. O bildirib ki, “İşsizin dostu” layihəsi çərçivəsində 26 min nəfər ödənişli ictimai işlərə cəlb edilib, eyni zamanda, özünüməşğulluq proqramı ilə 5 min 800 mikrobiznes yaradılıb. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.