e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Ayda bir dəfə görüşməliyik – MİKAYIL CƏBBAROVA TƏKLİF

2019-02-18 | Vergilər | 2551

Azərbaycan Sahibkarlar Konfederasiyasınn rəhbəri Məmməd Musayev sahibkarların vergi ilə bağlı suallarının müzakirə edilməsi və operativ həll edilməsi üçün ASK və Vergilər Nazirliyi arasında görüşlərin sayının artırılmasına çağırıb. FED.az xəbər verir ki, Bakıda vergilərə həsr olunan forumda M.Musayev bildirib ki, iki qurum arasında əməkdaşlıq mövcuddur – ASK-nin təklifləri Vergi Məcəlləsində nəzərə alınıb, nazirliklə ASK arasında Əməkdaşlıq Şurası yaradılıb və onun artıq ilk iclası keçirilib.

Amma ASK rəhbəri bildirib ki, bu sahədə çoxsaylı dəyişikliklər və islahatlar aparıldığına görə, çoxsaylı müzakirələrə də ehtiyac var.

Mənbə: http://www.fed.az/az/news/read/57557


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.