e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir.

2019-02-22 | Mühasibat uçotu | 3028

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir.

Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində olimpiadadan qabaq seçim turlarının keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, növbəti seçim turu 15 yanvar və 21 fevral 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında keçirilmişdir. Nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Məlumat üçün bildirək ki, seçim turları Gəncə şəhəri daxil olmaqla daha 3 ali təhsil müəssisəsində keçiriləcəkdir.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.