e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

“Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində Universitetlərdə növbəti seçim turları keçirilmişdir.

2019-03-06 | Mühasibat uçotu | 2893

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən BakıGəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir.

Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində olimpiadadan qabaq seçim turlarının keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, növbəti seçim turları 25 fevral 2019-cu il tarixində Bakı Biznes Universitetinin və 28 fevral 2019-cu il tarixində isə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət UniversitetiAzərbaycan Texnologiya Universitetinin tələbələri arasında keçirilmişdir. Nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Məlumat üçün bildirək ki, seçim turları daha 2 ali təhsil müəssisəsində keçiriləcəkdir.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.